Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yeni yeraltı piyada keçidi istifadəyə verildi

19 sentyabr 2013 | 10:00

18 sentyabr 2013-cü il tarixdə Binəqədi rayonunda yerləşən 179 nömrəli tam orta məktəbin qarşısında yeraltı piyada keçidinin açılış mərasimi oldu.
Açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və millət vəkili Madər Musayev iştirak etdi və qəsəbə sakinləri ilə görüşdülər. Qəsəbə sakinlərini keçidin açılışı münasibətilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlərin və məktəb kollektivinin müraciəti əsasında qısa müddət ərzində inşa edilmiş bu keçidin ilk növbədə piyadaların təhlükəsiz gediş-gəlişini təmin etdiyini qeyd edərək, dövlət başçısı cənab İlham Əliyevin bütün regionlara, eləcə də Binəqədi rayonunun inkişafına daim dəstək verdiyini vurğuladı.
Tədbirdə 179 nömrəli tam orta məktəbin direktoru Kəmalə Abdullayeva,  valideynlər, şagirdlər və qəsəbə sakinləri çıxış edərək əhalinin gur olduğu bu ərazidə məktəbə gedən uşaqların təhlükəli şəraitdə yolu keçdiklərini, hətta bir neçə dəfə qəza hallarının da baş verdiyini bildirərək, ölkə Prezidentinə sakinlərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdilər.
Yeraltı keçidin tikintisinə cari ilin may ayında başlanılıb. Uzunluğu 78, eni 4,15 metr olan piyada keçidinin istifadəyə verilməsi ilə əhalinin təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb.

Keçidlər