Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 102 nömrəli tam orta məktəbdə “Tullantıdan sənətə” sərgisi təşkil edilib

23 may 2019 | 11:00

23.05.2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə Binəqədi rayonunda fəaliyyət göstərən 102 saylı tam orta məktəbdə “Tullantıdan sənətə” adlı təlim keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti və Təmiz Şəhər” ASC-nin məhsul əməkdaşları, məktəbin kollektivi və şagirdlər iştirak edib. Məlumat üçün qeyd edək ki, belə dərslərin keçirilməsində məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasını və istifadəsinin mümkünlüyünü təbliğ etməkdir.
Şagirdlər dərs zamanı köhnə geyimlərdən, plastik alətlərdən, qablardan və s. əşyalardan istifadə edərək marqlı əşyalar, heyvan fiqurları hazırladılar.

 

Keçidlər