Binəqədi rayonunda aztəminatlı ailələrinin oğlan uşaqları üçün sünnət xeyriyyə tədbiri həyata keçirilib
22 may 2019 | 11:00
Binəqədi rayonunda yerləşən HB Güvən Klinikasında Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi bələdiyyəsinin birgə təşəbbüsü ilə rayonun aztəminatlı ailələrinin oğlan uşaqları üçün sünnət xeyriyyə tədbiri həyata keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Bələdiyyəsinin sədri Salman Umudov və baş məsləhətçi Seymur Hacıyev iştirak edib.
Sünnət olunmuş uşaqların valideyinləri təşkilatçılara öz təşəkkür və məmnunluğunu bildirib.