Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi

30 may 2019 | 11:00

2019-cu il may ayının 30-da, 126 saylı orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə 8 saylı Binəqədi birinci seçki dairəsindən millət vəkili seçilmiş Azay Quliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Millət vəkili Azay Quliyev sakinlər tərəfindən qaldırılan məsələləri cavablandırdı, qaldırılmış problemlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.

 

Keçidlər