Binəqədi rayonunda 1 İyun “ Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş tədbir keçirilib
01.06.2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər İdman İdarəsi və AZLİNE Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun “ Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev,AZLİNE Tədris Mərkəzinin direktoru Anar Zərbiyev, AZLİNE Tədris Mərkəzində kurs keçən uşaqlar, Binəqədi rayon sakinləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada qeydiyyatda olan uşaqlar, Binəqədi rayonunda yaşayan şəhid ailələri, rayon ərazisində yaşayan fiziki qüsurlu uşaqlar və sair iştirak etmişdir. Çıxış edən Anar Zərbiyev uşaqların ölkəmizin gələcəyi olduğunu və görülən bütün işlərin mərkəzində bu düşüncənin dayandığını dedi. Şəmsi Gülverdiyev ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs etdi.Natiq son illərdə ölkə başçısı İlham Əliyev və ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi uşaqlarla bağlı bütün sosial layihələrin mərkəzində uşaqların sağlam ətraf mühitdə yaşaması prinsipinin dayandığını dedi.
Tədbir AZLİNE Tədris Mərkəzində fəaliyyət göstərən uşaqların hazırladığı müxtəlif kompazisiyalar ilə davam etdirildi.