Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

21 iyun 2019 | 11:00

21 iyun tarixində Binəqədi Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın dövlət qulluqçuları, RİH başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, Rayon MKTB-nin rəisi və rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri və onların dövlət qulluqçuları iştirak etmişdir. Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzuladı. Natiq qeyd etdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim diqqətindədir. Daha sonra mövzu ətrafında çıxış edənlər dövlətə, vətənə xidmət işində hər bir dövlət qulluqçusuna ən ideal örnəyin möhtərəm Prezidentimiz cənab İlham Əliyev olduğunu qeyd etdilər.
Tədbirin sonunda bir qrup dövlət qulluqçusu təltif olundu.

 

Keçidlər