Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində Ümumi sığorta sahəsində maarifləndirmə və daşınmaz əmlakın icbari sığortası üzrə məlumatlandırma mövzusunda tədbir keçirilib

25 iyun 2019 | 11:00

25.06.2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Ümumi sığorta sahəsində maarifləndirmə və daşınmaz əmlakın icbari sığortası üzrə məlumatlandırma mövzusunda tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəis Firdovsi Ağaşirinov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparıtının söbə müdirləri və əməkdaşları, Binəqədi rayonu ərazisində fəalliyyət göstərən sahibkarlar, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Sığorta şirkətlərinin məsul şəxsləri iştirak edib.

 

Keçidlər