14 iyul Ümummili lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə Binəqədi Rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında konsert proqramı keçirilib
14 iyul Ümummili lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında konsert proqramı keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları,rayon ictimaiyyətinin nümayəndələri və binəqədi rayon sakinləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları salamlayıb. Ramiz Göyüşov 1969-cu ilin 14 iyulunun respublikamızın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qaldığını bildirib.Natiq dahi lider Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsinin, yüksək vətənpərvərlik və təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdiyini qeyd etdi.R.Göyüşov bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdiyini,müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi kimi mühim işlərdə qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasından bəhs etdi.
Tədbir tanınmış incəsənət xadimlərinin və “İlahə xalq çalğı” ansamblının ifasındamaraqlı konsert proqramı ilə davam etdirildi.