Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının “Kənddən Şəhərə” satış yarmarkası təşkil edilib

20 iyul 2019 | 11:00

Hər həftənin şənbə və bazar günləri Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının “Kənddən Şəhərə” satış yarmarkası təşkil edilir.Süleyman Sani Axundov küçəsi 5b ünvanında (“İnqilab” kinoteatrının yanı) təşkil olunan yarmarkada rayon sakinləri ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını ucuz, sərfəli qiymətə əldə edirlər.
İyulun 20-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri üzrə iş şöbəsinin sektor müdiri Tağı Tağıyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova satış yarmarkasında olub, burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə, məhsulların keyfiyyəti, sakinlərin rəy və təklifləri ilə maraqlanıblar.Rayon sakinləri yaradılan bu şəraitə görə minnətdarlıqlarını bildiriblər.Kənddən Şəhərə” satış yarmarkasının keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, həm də süni qiymət artımının qarşısının alınmasıdır.

 

Keçidlər