Beynəlxalq Şahmat Günü münasibətilə Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 19 iyul 2019-cu il tarixində Binəqədi Gənclər Evində Beynəlxalq Şahmat Günü münasibətilə Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.
Yeniyetmə və gənclər arasında keçirilmiş turnirin nəticəsinə görə I yeri Sübhan Qədirov, II yeri Vüsal Vəliyev, III yeri Məhəmməd Bağırov tutmuşdur. Turnirə Ramil İmanov və Xalidə Həsənova hakimlik etmişdir.
Qaliblərin mükafatlandırılması mərasimində Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov iştirak etmişdir. Qaliblərə Vüqar Həşimov Şahmat Akademiyası adından hədiyyələr təqdim edilmişdir.