Hər həftənin şənbə və bazar günləri Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının “Kənddən Şəhərə” satış yarmarkası təşkil edilir
Hər həftənin şənbə və bazar günləri Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının “Kənddən Şəhərə” satış yarmarkası təşkil edilir.
İyulun 27-də Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi məsul əməkdaşları satış yarmarkasında olub, burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə, məhsulların keyfiyyəti, sakinlərin rəy və təklifləri ilə maraqlanıblar.
Məlumat üçün qeyd edək ki, "Kənddən Şəhərə” satış yarmarkasının keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, həm də süni qiymət artımının qarşısının alınmasıdır.