“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Milli Kino Günü” münasibətilə tədbir keçirilmişdir
02 avqust 2019-cu il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Milli kino günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktor müavini Amal Əsgərov, Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin əməkdaşları, könüllülər və gənclər iştirak etmişlər.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan "Ailə dəyərləri" mövzusunda film nümayiş etdirilmişdir. Filmin nümayişindən sonra vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması istiqamətində ölkəmizdə görülən işlər barədə ətraflı məlumat verilmiş, bu sahədə müvafiq dövlət orqanları, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən sosial layihələrin əhəmiyyətindən bəhs edilmişdir.