Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Ahıllar günü qeyd edildi

02 oktyabr 2013 | 10:00

Oktyabr ayının 1-də Binəqədi rayonunda “Beynəlxalq Ahıllar Günü” münasibətilə  tədbir keçirildi.
Rayon sakini olan ahıllar üçün “Aqora” şadlıq sarayında keçirilən tədbirdə Böyük Vətən Müharibəsinin iştirakçıları, milli qəhrəman və şəhid valideynləri, ağsaqqallar və ağbirçəklər ictimai birlik rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov ahıllara dövlət qayğısından bəhs edərək Ümummilli Liderimiz Heydər Əliyevin daim yaşlı insanlara diqqət göstərdiyini bildirdi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də yaşlı nəslin qayğıları və problemlərini daim diqqət mərkəzində saxladığını vurğuladı. 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun imzalanmasına, həmçinin son on ildə yaşa görə əmək pensiyalarının baza hissəsinin dəfələrlə artırılmasına toxunan V.İsmayılov bu addımları yaşlı həmvətənlərimizə dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirdi.
Daha sonra Böyük Vətən Müharibəsi, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Telman Hətəmov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Hacıyev, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova və digər çıxışçılar yaşlı insanların mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunmalarına toxunmuş və bunun üçün dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Çıxışçılar Binəqədi Rayon İcra Hakimiyyətinin də yaşlı insanların problemlərinə daim qayğı ilə yanaşdığını bildirərək buna görə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova təşəkkür etdilər.
Tədbir çərçivəsində 120 nəfər ahıl rayon sakininə bayram hədiyyəsi təqdim edildi, yaşları 100-dən artıq olan uzunömürlü rayon sakinləri isə evlərində baş çəkilərək  Ahıllar günü münasibətilə təbrik edildilər.

Keçidlər