Şriftin ölçüsü :

Saytın rəngi :

27 avqust 2022-ci il tarixində  Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri şəhid Cavid Paşazadənin doğum günü münasibətilə məzarı ziyarət edildi.

27 avqust 2022 | 17:41

27 avqust 2022-ci il tarixində  Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri şəhid Cavid Paşazadənin doğum günü münasibətilə məzarı ziyarət edildi.

Ziyarət zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyətinin İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev, Xocəsən qəsəbə bələdiyyəsinin sədri Nigar Məmmədova və şəhid ailəsi iştirak etdilər.

Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Allah rəhmət eləsin!

Qeyd edək ki, Cavid Telman oğlu Paşazadə 2001-ci ilin 27 avqustunda Bakının Sulutəpə qəsəbəsində zəhmetkeş bir ailədə dünyaya göz açmışdı. Üç bacının tək qardaşı idi. Orta təhsilini Şəhid Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbdə almışdı. Məktəbdə dönəmi yaxşı - əla qiymətlərlə oxusa da, Cavidin qiymətləri anasını qane etmirdi. Çünki onların övladları daima məktəbdə yüksək savadı və tərbiyəsi ilə seçilənlər sırasında olmuşdu. Ailənin böyük qızı Paşazadə Mənicə 600-dən yüksək balla Bakı Dövlət Universitetinə qəbul olmuş, universiteti fərqlənmə diplomu ilə bitirmişdi.

Şəhid Paşazadə Cavidin sonuncu döyüş yeri olan Xocavənddə azad olunmuş torpaqlarını qorumaq üçün saatlarla mübarizə aparıb, döyüşən dörd gəncdən biri Cavid olub. Onlar əzmlə canları bahanasına ələ keçirdikləri postu verməmək üçün son ana qədər vuruşublar. Gənc əsgər uzun mübarizədən sonra 29 oktyabr da, bacısı Zeynəbin ad günündə Şəhidlik zirvəsinə ucalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid əsgər Cavid Paşazadə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Keçidlər