Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa formatında görüş keçirildi

28 iyun 2024 | 14:42

27 iyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa formatında görüş keçirildi.

Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində təşkil olunan görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən maarifləndirici tədbirlərin davamıdır.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova və mərkəzin əməkdaşı Mətanət Rəhimova, BRİH başçsının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin əməkdaşı Ülvi  Quliyev, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin təşkili bölməsinin inspektoru polis mayorları- Elxan Əliyev və Cəfər Adıgözəlov, 3, 135, 248 nömrəli tam orta məktəblərinin 83 nömrəli məktəb-liseyin direktor müavinləri və psixoloqları, Mənzil Kommunal və Texniki Xidmət Sahəsinin əməkdaşı iştirak edirdilər.

Görüşdə uşaqların baxımsızlığına şərait yaradan hallar, onların aradan qaldırılması, insan alveri qurbanı olan uşaqlara yardımın təkmilləşdirilməsi kimi məsələlər ətrafında müzakirələr aparıldı. Dəyirmi masada mövzunun aktuallığı, bununla bağlı məktəblərdə və xüsusilə ailə zorakılığına məruz qalan, valideynləri tərəfindən təhsildən yayındırılan şagirdlərlə və onların ailələri ilə aparılan işlərdən danışıldı.

Sonra İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin nümayəndələri iştirakçıları  Mərkəzin fəaliyyəti, insan alveri qurbanları ilə aparılan işlər barədə məlumatlandırdılar. Mərkəzin əməkdaşları insan alveri mövhumu, onun mahiyyəti və formaları, qanunvericilikdə necə təsbit olunması haqqında məlumat veriblər.

Görüşdə iştirakçıları maraqlandıran istiqamətlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər