27 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi
27 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi 4 ünvanında sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, Q.Hacıbababəyov küçəsinə küçə işıqlarının çəkilməsi, Z.Qəmbərov küçəsindən Azadlıq pr. dönərkən işıqforun avtomobil sıxlığına uyğun tənzimlənməsi, R.Aboyev adına olan parkda qurumuş ağacların götürülməsi, 3-cü Dəmiryol küçəsində kanalizasiya xəttinin bir hissəsinin dəyişdirilməsi, Zəngəzur küçəsində suyun təzyiqinin artırılması, 1-ci Dəmiryol və Ə.M.Axundov küçələrinin kəsişdiyi ünvanda Azərsu tərəfindən qazılmış hissədə sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, Şəhid Z.Mehdiyev küçəsi, döngə 2 ünvanına asfalt örtüyünün vurulması
ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.