Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi
27 oktyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər , Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi və https://rih.gov.az/ portalından istifadə etməlkə, müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin qəsəbə ərazisində yerləşən uşaq polinklinikasının təmir bərpası, əraziyə istilik sistetimi çəkilən zaman yararsız hala düşən asfaltın bərpa olunması, Araz marketin qarşısında avtomobillərin surət həddinin azaldılması üçün maneənin quraşdırılması, Dərbəndqala küçəsində yerləşən Şəhidlər Xiyabanında şəhidlərin şəkilləri vurulmuş əraziyə metlax örtüyünün vurulması, ödəmə terminalının bələdiyyənin qarşısında yerləşdirilməsi, Asəf Zeynallı küçəsində yerləşən xeyir-şər evinin işıqlanmasının zəif olması, 284 nömrəli məktəbin qarşısında yaranan çökəkliklərin asfaltlanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.