27 saylı şəhər poliklinikasının baş həkimi Sevinc İsaq qızı Yusifova rayonun ictimai həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi
29 noyabr 2024-cü il tarixində rayon ərazisində fəaliyyət göstərən 27 saylı şəhər poliklinikasının baş həkimi Sevinc İsaq qızı Yusifova rayonun ictimai həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Sevinc xanıma səhiyyə sahəsində vətəndaşlara göstərilən xidmətə görə təşəkkür edərək yubiley münasibətilə təbrik etdi.
Sevinc Yusifova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda səhiyyə sahəsinin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərə, səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya, ölkəmizdə vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə yüksək kefiyyətli səhiyyə xidmətlərinin göstərilməsi üçün həyata keçirilən layihələrə, dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya tibb işçiləri adından təşəkkürünü bildirdi.