Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr 2025-ci il tarixində Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində, antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin qarşısında 27 Sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri həyata keçirildi

27 sentyabr 2025 | 10:32

27 sentyabr 2025-ci il tarixində Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində, antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin qarşısında 27 Sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri həyata keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Məlahət İbrahimqızı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, Rayon İcra Hakimiyyəti başçısı yanında sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin, idarə və təşkilatların, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin rəhbərləri, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayon Ağsaqqallar Şurasının, ictimai birliklərin üzvləri, rayon ictimaiyyəti iştirak etdilər.

Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Memorial Kompleksin qarşısına əklil və gül dəstələri qoyuldu və topaqlarımızın ərazi bütövlüyünün bərpası, müstəqilliyimiz, suvenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi. 

Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər