27 Sentyabr- “Anım Günü” ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Məscidində şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açıldı
27 Sentyabr- “Anım Günü” ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Məscidində şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açıldı, şəhidlərimizin ruhlarına dualar oxundu.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Səbinə Xasayeva, Elşad Musayev, Məlahət İbrahimqızı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri-Hacıbaba Babayev, Sevinc Süleymanova, Aparatının şöbə müdirləri, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı yanında sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin rəhbərləri, rayon Ağsaqqallar Şurasının, ictimai birliklərin üzvləri, rayon ictimaiyyəti iştirak etdilər.
Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!