27 Sentyabr - “Anım Günü” ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi
27 Sentyabr- “Anım Günü” ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi.
27 Sentyabr - “Anım Günü”də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri- Hacıbaba Babayev, Sevinc Süleymanova, Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı yanında sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Şurasının, İctimai Birliklərin üzvləri, ziyalılar və rayon ictimaiyyəti II Fəxri Xiyaban, Xocəsən, Biləcəri və Binəqədi qəsəbələrində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərini ziyarəti etdilər.
Tədbir iştirakçıları şəhid məzarları önünə əklil və gül dəstələri düzərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.
Şəhid valideynləri övladları ilə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!