Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr Anım Günü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi

27 sentyabr 2026 | 12:55

27 Sentyabr Anım Günü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi.

27 Sentyabr-Anım Günündə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, Rayon İcra Hakimiyyəti başçısı yanında Sahə və Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin kollektivi, qazilər, ictimai birliklərin üzvləri və rayon ictimaiyyəti Hərbi Memorial Məzarlıq, Xocəsən, Biləcəri və Binəqədi qəsəbələrində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərini ziyarəti etdilər.

Tədbir iştirakçıları şəhid məzarları önünə gül dəstələri düzərək, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.

Şəhid valideynləri övladları ilə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər