27 Sentyabr - Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Məscidində şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açıldı
27 Sentyabr - Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Məscidində şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açıldı, şəhidlərimizin ruhlarına dualar oxundu.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, Rayon İcra Hakimiyyəti başçısı yanında sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin, idarə və təşkilatların, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin rəhbərləri, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayon Ağsaqqallar Şurasının, ictimai birliklərin üzvləri, rayon ictimaiyyəti iştirak etdilər.
Dövlətimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!









