Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi yanında Şuranın növbəti iclası keçirilib

18 sentyabr 2019 | 11:00

18 sentyabr 2019-cu il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində baş tutan şura iclasında “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının rayonda icra vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılmış, həmçinin, cari dövrdə yeniyetmə və gənclərlə iş sahəsində səmərəliliyin artırılması məqsədilə təkliflər dinlənilmişdir.
Dəyirmi masada şuranın sədri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, şura üzvlərindən Binəqədi Rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Tofiq Məmmədov, “Təhsil” Respublika İxtisaslaşdırılmış 8 № li Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor müavini Aydın Gözəlov, “İnternational Kredit” təşkilatında monitorinq mütəxəssisi, rayonun fəal gənci Amal Əsgərov, 100 №-li tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri Cəlal Cəlilov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Regionşünaslıq (Almaniya üzrə) II kurs tələbəsi, rayonun sakini Bəxtiyar Nəcəfli, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Əsgər Əhmədli, eləcə də, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçiləri Ülviyyə Usubova, Rafiq Nəsirov, Binəqədi Gənclər Evinin dövlət qurumları və təşkilatlarla iş üzrə meneceri Fidan Həsənli, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin üzvləri Səbinə Balayeva, Gülnar Rəhimli iştirak etmişlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin 2006-cı il 14 iyul tarixli əmri ilə təsdiq olunmuş Şəhər (rayon) gənclər və idman idarəsi (baş idarəsi) haqqında Əsasnamənin 4.6-cı yarımmaddəsinin icrasını təmin etmək məqsədi ilə İdarə rəisi yanında rayonun gənclərlə iş, bədən tərbiyəsi və idman, digər yerli məsələlərə baxılması (müzakirəsi) və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə daimi məşvərətçi orqan olan Şura yaradılır. Şuranın tərkibi şəhərlərdə 15, rayonlarda 11 nəfərdən ibarət ola bilər. Şura iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar iştirakçıların səs çoxluğu iə qəbul olunur.

 

Keçidlər