Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi
2019-cu il sentyabr ayının 26-da, 115 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev,Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.