Şriftin ölçüsü :

Saytın rəngi :

Müəllimlər günü qeyd edildi

05 oktyabr 2013 | 10:00

4 oktyabr 2013-cü il tarixdə Binəqədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin Təhsil işçiləri Azad Həmkarlar İttifaqının Binəqədi rayon komitəsi ilə birlikdə təşkil etdiyi tədbirdə rayonda fəaliyyət göstərən ali, orta ixtisas, orta məktəb və məktəbəqədər  təhsil müəssisələrinin işçiləri iştirak edirdi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından bəhs etdi və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışdı. O, bu siyasətin uğurlu nəticələrinin Binəqədi rayonunun həyatında da əksini tapdığını vurğuladı.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş və “Əməkdar Müəllim” fəxri adı almış müəllimlərə hədiyyələr təqdim etdi.
Tədbirdə çıxış edən Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rayon müəllimlərinə xoş sözlərini çatdırdı və ötən dərs ilinin Binəqədi rayonu üçün uğurla nəticələndiyini bildirdi.
Öz növbəsində müəllimlər də çıxış edərək, dövlətin təhsilə, müəllimlərə göstərdiyi qayğı və diqqətə görə minnətdarlıqlarını bildirərək bu cür qayğının onları təhsilimizə yeni töhfələr verməyə stimullaşdırdığını qeyd etdilər.
Tədbirdə həmçinin 2012-2013-cü tədris ilində fərqlənən bir qrup təhsil işçisinə Rayon İcra Hakimiyyəti və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi rayon komitəsi tərəfindən hədiyyələr təqdim edildi.
Tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər