Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə ahıl sakinlər ziyarət edilib

30 sentyabr 2019 | 11:00

    BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.
Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ahıl sakinlər ziyarət edilib.Təşkil edilən ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Binəqədi Rayon Təşkilatının məhsul şəxsləri, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorlarının rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər.
Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilib və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar.
Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər