Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində növbəti təlim keçirilib

01 oktyabr 2019 | 11:00

Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 01 oktyabr    2019-cu il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində Azərbaycanda gender əsaslı zorakılıq qurbanları üçün dəstək xidmətləri Planının təqdimatı və müzakirəsi barədə tədbir keçirilmişdir.
Tədbirdə layihə kordinatoru Lyudmila Xəlilova, layihənin ekspert hüquqşünası Emin Abbasov və Binəqədi Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Monitorinq Qrupu və şəbəkə üzvləri iştirak etmişlər. Məruzəçilər çıxış etdikdən sonra  iştirakçıların sualları cavablandırıldı və tədbir diskussiya şəkilində davam etdirildi.

 

Keçidlər