Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında “2020-ci il üzrə təsdiq olunacaq ərazi məşğulluq proqramından irəli gələn işlərin müzakirəsi” mövzusunda müşavirə keçirilib
16.10.2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında “2020-ci il üzrə təsdiq olunacaq ərazi məşğulluq proqramından irəli gələn işlərin müzakirəsi” mövzusunda müşavirə keçirilib.Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, Binəqədi Rayon Məşğulluq Mərkəzinin direktoru Anar Bagiri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı şəhəri Məşğulluq idarəsinin rəisinin müavini Qurban Nəsirov, rayon ərazində yerləşən müəssisə rəhbərləri, Sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları iştirak edib. Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov görüş zamanı ölkədə həyata keçirilən məşğulluq siyasəti, 2019-cu ilin 9 ayı ərzində “Ərazi məşğulluq Proqramı”-na əsasən Binəqədi Rayon Məşğulluq Mərkəzi tərəfindən görülmüş işlər, işaxtaran və işsiz vətəndaşların işə düzəlməsi, yeni əmək bazarına qaytarılmasında işəgötürənlərin rolu, 2020-ci il üzrə ərazi məşğulluq proqramının icrası üçün görüləcək işlərin istiqaməti barədə giriş nitqi ilə çıxış etmişdir. Daha sonra Binəqədi Rayon Məşğulluq Mərkəzinin direktoru Anar Bagiri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı şəhəri Məşğulluq idarəsinin rəisinin müavini Qurban Nəzirov çıxış edərək Binəqədi rayonunda qeyri məşğulluğun qarşısının alınması istiqamətində işlərin yüksək nəticə verməsi və 2020-ci il üzrə görüləcək işlər barədə məlumat vermişdir.Çıxışlardan sonra qarşılıqlı müzakirələrin nəticəsi barədə Vüsar İsmayılov yekun nitqi ilə çıxış etmişdir.