Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Binəqədi qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi

17 oktyabr 2019 | 11:00

     2019-cu il oktyabr ayının 17-də, Mərkəzi Mədəniyyət Evində  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbəsinin  sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, aidiyyatı bələdiyyə sədri, hüquq-mühafizə orqanları və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

    Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar, dövlət proqramları əsasında ölkədə aparılan sosial-iqtisadi islahatlar haqqında geniş məlumat verərək, həlli nəzərdə tutulan tədbirlərin əsasən vətəndaşların sosial rifah halının yüksəldilməsinə yönləndirildiyini qeyd etdi. E.Allahverdiyev, həmçinin, bildirdi ki, Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar ölkəmizə xarici investisiya qoyuluşunun cəlb edilməsinə, iqtisadiyyatımızın daha da inkişafına kömək edir. Ölkəmizdə gedən inkişaf proseslərinin, əldə olunan uğurların Binəqədi rayonunda da öz əksini tapdığını qeyd edən RİH başçısı, bununla yanaşı, plansız inkişaf səbəbindən qəsəbədə xeyli problemlərin mövcudluğunu və qarşıda görüləcək işlərin çox olmasını vurğuladı.

     Sakinlər aparılan islahatlara görə olkə rəhbərliyinə minnətdarlıqlarının bildirdilər. Bununla yanaşı, yaşadığları qəsəbədə onları narahat edən bir sıra məsələlərlə bağlı RİH başçısına müraciət edərək, qəsəbənin marşrut xəttində, su-kanalizasiya şəbəkəsində, elektrik enerjisi, qaz təchizatında mövcud problemlərin, dağılmış yolların bərpasında müvafiq köməklik göstərilməsini xahiş etdilər.

     Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqində Binəqədi qəsəbəsində hal-hazırda dövlət proqramı çərçivəsində 205 saylı orta məktəbin yenidənqurulması işlərinin aparıldığını, növbəti dövrlərdə daha bir məktəb və dövlət uşaq bağçasının tikintisinin nəzərədə tutulduğunu qeyd etdi. Daha sonra RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

Keçidlər