Şriftin ölçüsü :

Saytın rəngi :

274 saylı körpələr evi-uşaq bağçasının müdiri Dünyaxanım Qələm qızı Vəliyeva rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə təltif edildi

11 iyun 2024 | 10:53

10 iyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən 274 saylı körpələr evi-uşaq bağçasının müdiri Dünyaxanım Qələm qızı Vəliyeva rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Dünyaxanım xanımı təbrik edərək ona gələcəyimiz olan körpələrimizin təlim-tərbiyə işində uğurlar arzu etdi.

Dünyaxanım Vəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərə, gələcəyimiz olan körpələrin sağlam və xoşbəxt böyümələri üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Keçidlər