60 yaşınız mübarək, Əzizağa müəllim!
Dövlət qulluğunda uzun müddət səmərəli çalışan Binəqədi Rayon İcra Hakimiyyətinin Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Əzizağa Məmmədovun 2 oktyabr tarixində 60 yaşı tamam oldu.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov başda olmaqla RİH-nin başçısı Aparatının kollektivi, rayon sakinləri və rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlər Əzizağa Məmmədovu təbrik etməklə onun əmək yolunu qiymətləndiklərini bildirdilər.
Ə.Məmmədovun səmərəli fəaliyyətinə dövlətimiz tərəfindən də yüksək qiymət verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyun 2013-cü il tarixli sərəncamı ilə Binəqədi RİH başçısı Aparatının Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Əzizağa Səftər oğlu Məmmədov «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mükafatı təntənəli şəkildə Əzizağa Məmmədova təqdim etmişdir.
Ə.Məmmədov Binəqədi rayonunda məskunlaşan qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində və dövlətin bu sahədə apardığı siyasətin, həyata keçirdiyi sosial proqramların yüksək səviyyədə yerinə yetirilməsi üçün təcrübə və baçarığını əsirgəmir.
60 yaşınız mübarək, Əzizağa müəllim!
Sizə əmək fəaliyyətinizdə yeni uğurlar və can sağlığı arzulayırıq.