Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü - “Açıq qapı” keçirilib
2019-cu il oktyabr ayının 24-də Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin “Açıq qapı” formatında növbəti görüşü keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri, və RİH başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəsi və xidmət sahələrinin rəhbərləri iştirak edirdi.
Müraciət edən sakinlər əsasən su təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yuyulması, küçələrin işıqlandırılması, binaların dam örtüyü və girişlərinin təmir olunması və s. problemlərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etdilər. Görüşə gələn sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi. Görüşdə sakinlər tərəfindən qaldırılan digər problemlər isə RİH başçısının tapşırığı ilə yerində öz həllini tapdı.