Şriftin ölçüsü :

Saytın rəngi :

“Sən də Könül Ver” layihəsi çərçivəsində təcrübə keçən könüllülər üçün tur təşkil edildi

26 oktyabr 2019 | 11:00

26 oktyabr 2019-cu il tarixində “Sən də Könül Ver” layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər üçün Binəqədi rayonu üzrə tur təşkil edildi.
Təşkil edilmiş Tur çərçivəsində könüllü gənclər ilk olaraq “Heydər” məscidini ziyarət etdilər. Qafqazın ən böyük məscid kompleksi haqqında gənclərə geniş məlumat verildi və məscid ilə yaxından tanışlıq olundu. Ziyarətdən sonra könüllülərə Xocəsən qəsəbəsi Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı haqqında məlumat verildi.
    Daha sonra könüllülər Xocəsən bələdiyyəsinin qonağı oldu və bələdiyyənin fəaliyyəti ilə tanış oldular. Onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verildi. Görüşdə çıxış edən bələdiyyə sədri Məhərrəm Əsgərov bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verdi. Gənclər bələdiyyə ilə bağlı təəssüratları bölüşdükdən sonra onların  sualları cavablandırıldı.
Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdi.
Sonda gənclər xatirə fotosu çəkdirdilər.

Keçidlər