Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Nəsimi dühası-650 il” adlı layihəyəsi çərçivəsində tədbirlər davam etdirilir

25 oktyabr 2019 | 11:00

25 oktyabr 2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dühası-650 il” adlı layihəyə başlanılıb.
Layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.
Təsdiq edilmiş qrafikə uyğun olaraq, layihədə 144, 157 və 267  nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 144 nömrəli tam orta məktəbin akt zalında tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Kənan Kərimov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı aparatının məsul əməkdaşlar Kübra Əliyarlı, Rahil Şükürov, 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Elməddin Rəsulov, 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanova, məktəbin pedaqoji və şagird heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanova hər kəsi salamladı və tədbirin hazırlanması haqqında məlumat verdi.
Tam orta məktəblərin şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edildi, musiqilər səsləndirildi.
Tədbirdə nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva iştirak edən tam orta məktəblərin rəhbərliyinə, kollektivlərinə, şagirdlərə minnətdarlığını bildirdi. Aygün Əliyeva  İmadəddin Nəsimin Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucaldığını və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirdiyini, Nəsiminin xüsusilə ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirdi. Natiq Nəsiminin yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd etdi.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

Keçidlər