Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində esse müsabiqəsi keçirildi

28 oktyabr 2019 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar keçirilən “Nəsimi dühası-650 il” adlı layihə uğurla davam edir.
28 oktyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında layihə çərçivəsində Binəqədi məktəbliləri arasında esse müsabiqəsi keçirildi.
Müsabiqəyə başlamazdan əvvəl Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək bütün məktəbliləri salamladı. Azərbaycanın görkəmli şəxsiyyətlərinə, mütəfəkkir alimlərinə, şair və yazıçılarına həsr olunmuş bu cür layihələrin yüksək əhəmiyyətindən bəhs etdi. Vurğuladı ki, dahi şəxslərimiz hər zaman hörmətlə yad edilməli, onlar dünyaya tanıdılmalı, Azərbaycanımızın zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti yaşadılmaldır. Eyni zamanda istedadlı gənclərin üzə çıxarılması, onların cəmiyyətdə layiqli yer tutması üçün səylə çalışmalıyıq. Bu baxımdan bu günkü esse müsabiqəsi istər Nəsimi yaradıcılığının araşdırılması, öyrənilməsi, təbliğ edilməsi, gənclərə çatdırılması, istərsə də istedadlı şagirdlərimizin üzə çıxarılması baxımından olduqca vacibdir. Çıxışının sonunda Ramiz Göyüşov şagirdlərə uğurlar arzuladı.
Daha sonra şagirdlər esse müsabiqəsinə qoşularaq Nəsiminin həyatı, yaradıcılığı, fəlsəfi düşüncələrinə həsr olunmuş esselərini təqdim etdilər.
Esse müsbaiqəsində Binəqədi rayonunda fəaliyyət göstərən tam orta məktəblərin və İdrak liseyinin 9-10-cu sinif şagirdləri iştirak etdilər. Müsabiqənin qaliblərinin “Nəsimi dühası-650 il” adlı layihənin yekun tədbirində təltif edilmələri nəzərdə tutulub.

Keçidlər