Şriftin ölçüsü :

Saytın rəngi :

“Snayperçi – Qarabağda görüşənədək!” sənədli filmin təqdimatı keçirildi

28 oktyabr 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Binəqədi Rayon İcra Hakimiyyəti və “Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin təşkilatçılığı ilə 28 oktyabr 2019-cu il tarixdə Şuşa Dram teatrında “Snayperçi – Qarabağda görüşənədək!” sənədli filmin təqdimatı keçirildi.
Təqdimat mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, “Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Gəray Əlibəyov, keçmiş snayperçi Növrəstə Yusifova, KİV nümayəndələri və rayon ictimaiyyəti iştirak etdilər.
İlk olaraq film təqdim olundu.
Təqdimatdan sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirdi ki, tarix boyu xalqımız qəhrəman qadınlara sahib olub, onlar igid oğullarımızla çiyin-çiyinə vuruşub, mübarizə aparmışdır. O qeyd etdi ki, bu gün də Respublikamızın I Vitse-prezidenti Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevlə birgə xalqımızın rifahı və gələcəyi naminə məşəqqətlə çalışır.
Çıxışlar bitdikdən sonra mövzu ərtafında diskussiya aparıldı.

Keçidlər