Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Nəsimi dühası-650 il” layihəsi ilə bağlı növbəti tədbir keçirildi

24 oktyabr 2019 | 11:00
24 oktyabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində 298 və 299 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 299 nömrəli tam orta məktəbin akt zalında növbəti tədbir keçirildi.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı.
Tədbir daha sonra bədii hissə ilə davam etdirildi. Tam orta məktəblərin şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edildi, Topal Teymurla Nəsiminin dialoqunun əks olunduğu kompozisiya nümayiş etdirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Aparatının rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Kənan Kərimov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Aparatının məsul əməkdaşları Kübra Əliyarlı, Rahil Şükürov, 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Elməddin Rəsulov, 299 nömrəli tam orta məktəbin direktoru Solmaz Kazımova, məktəbin pedaqoji və şagird heyəti iştirak edib.
Tədbirdə çıxış edən 299 nömrəli tam orta məktəbin direktoru Solmaz Kazımova qonaqları salamladı, bu cür tədbirlərin əhəmiyyətindən bəhs etdi.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Nəsiminin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutduğunu əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etdiyini bildirdi. R.Göyüşov anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri olduğunu bildirdi.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.

Keçidlər