Şriftin ölçüsü :

Saytın rəngi :

276 № li tam orta məktəbdə "Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

28 may 2024 | 11:51

24 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə  276 № li tam orta məktəbdə "Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir  keçirildi.

Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi-polis polkovnik-leytenantı Tuncay Abbasov, İdarənin Narkotiklərlə mübarizə bölməsinin rəisi-polis baş leytenantı Fərrux Həsənov, Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi-polis kapitanı Orxan Məmmədli, 276 № li tam orta məktəbin direktoru Bəhram Şiriyev, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.  

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü  bildirdi.

Tədbirdə çıxış edənlər-Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov,  Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova  cəmiyyətdə hər bir  şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin,  ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdilər.

Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi-polis kapitanı Orxan Məmmədli həyata keçirilən maarifləndirmə tədbirləri haqqında məlumat verdi. 

Qonaqlar məktəblilərin “Narkomaniya ilə mübarizə” mövzusunda əl işlərindən ibarət sərgi ilə tanış oldular və tədbir müzakirə formatında davam etdi.

Keçidlər