Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Prezident İlham Əliyevin qələbəsi qeyd olundu

10 oktyabr 2013 | 10:00

9 oktyabr 2013-cü il tarixdə YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsini qeyd etmək üçün “Mənim Prezidentim” adlı konsert proqramı təşkil olundu.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının fəalları, rayon ictimaiyyəti və Binəqədi sakinləri iştirak edirdi.  Zaur Baxşəliyev və Nərgiz Cəlilovanın aparıcılıq etdiyi konsertdə respublikanın tanınmış incəsənət ustaları Mübariz Tağıyev, Röya, Tünzalə Ağayeva, Natavan Həbibi, Sevda Yəhyayeva, Fidan Hacıyeva, Aşıq Azər, rəqs qrupları və bir çox başqa tanınmış müğənnilər iştirak etdi.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının bayraqları ilə bəzədilmiş 45 motosikl YAP Binəqədi rayon təşkilatının inzibati binasından YAP mərkəzi aparatının binasına qədər yürüş etdi.
Yüksək əhval-ruhiyyədə davam edən konsert proqramı möhtəşəm atəşfəşanlıqla sona çatdı və Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin rəmzi olaraq, səmaya 90 ədəd fosfor şar buraxıldı.

Keçidlər