Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib

06 noyabr 2019 | 11:00

   06 noyabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirildi. Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak etdilər. Qəbulda müraciət edən 8 nəfər sakin tərəfindən maddi yardım göstərilməsi, mənzil və ya torpaq sahəsi ilə təmin olunma, evin təmirinə köməklik göstərilməsi və s. problemlərə dair qaldırılan məsələlər dinlənildikdən sonra, Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verdi. Eyni zamanda, RİH başçısı digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verdi.

 

Keçidlər