Binəqədi rayonunda Dövlət Bayrağı Günü münasibətilə “Bakı gözəl şəhər” adlı ekoloji təmizlik aksiyası keçirildi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “İradənlə qalib gəl!” şüarı altında təşkil etdiyi silsilə tədbir və aksiyalar çərçivəsində 8 noyabr 2019-cu il tarixində Binəqədi rayonunda “Bakı gözəl şəhər” adlı ekoloji təmizlik aksiyası təşkil olundu.
Aksiyada Binəqədi rayonunun 200-dən çox gənc fəalı iştirak etdi.
Aksiya zamanı metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılardan təmizləndi.
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının dəstəyi ilə reallaşan aksiyada Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və idarənin əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev və müəssisənin əməkdaşları iştirak etdilər.