Şriftin ölçüsü :

Saytın rəngi :

138 saylı körpələr evi-uşaq bağçasında “Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi

08 noyabr 2019 | 11:00

Binəqədi Rayonu İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və 138 saylı körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə 08 noyabr 2019-cu il tarixində 138 saylı körpələr evi-uşaq bağçasında “9 noyabr Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Sehranə Qasımova, bağçanın kollektivi və valideynlər iştirak etdilər.
Tədbiri açıq elan edən 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Sehranə Qasımova qonaqları salamlayaraq, uşaqların hər birinə uğurlar dilədi.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı müavini Aygün Əliyeva tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. A.Əliyeva müstəqillik bərpa edildikdən sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini bildirdi. Natiq ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Bayrağına diqqət və qayğısının təzahürü olaraq Respublikanın bütün şəhər və rayon mərkəzlərində Bayraq Meydanlarının, həmçinin Dövlət Bayraq muzeylərinin yaradıldığı barədə məlumat verdi.
Daha sonra 138 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında “Azərbaycan bayrağına” həsr edilmiş maraqlı kompozisiyalar, rəqs, şeir, nümunələri nümayiş etdirdilər.
Tədbirin sonunda balaca fidanların iştirakı ilə xatirə şəkili çəkdirildi.

Keçidlər