Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2019-cu ilin oktyabr ayında daxil olan müraciətlər haqqında hesabat

08 noyabr 2019 | 11:00
2019-cu il oktyabr ayında Binəqədi Rayon İcra Hakimiyyəti Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 1570, birbaşa cavablandırılan zənglərin sayı 1198,  yaradılan əks əlaqələrin sayı 500, günlük orta zəng sayı 50, tərtib edilən şikayət vərəqələrinin sayı 372 olub.
Şikayət xarakterli  372  müraciətin  299-u  və ya  80,4 %-i tam, 33-ü və ya 8,9 %-i qismən, 40-ı və ya 10,8  %-i müvafiq izahat verilərək həll edilmişdir.
Oktyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 210-u və ya 56,4 %-i su-kanalizasiya (o cümlədən 118-i su təchizatı, 92-si kanalizasiya problemləri ilə əlaqədar), 59-u və ya 15,9 %-i lift problemləri, 12-si və ya 3,2 %-i elektrik təchizatı ilə bağlı, 14-ü və ya 3,8 %-i qaz təchizatı, 25-i və ya 6,7 %-i məişət tullantıları ilə əlaqədar, 10-u və ya 2,7 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 37-si və ya 9,9 %-i sakinləri narahat edən digər məsələlər ilə əlaqədar, 1-i və ya 0,3 %-i  çoxmənzilli binaların girişlərinin və zirzəmilərinin dizenfeksiya edilməsi ilə əlaqədar, 4-ü və ya 1,1 %-i təhlükəli vəziyyətdə olan ağacların budanması ilə əlaqədar olmuşdur.
Ay ərzində xidmətə 11 təşəkkür müraciəti daxil olub.
 
Sakinlərin Müraciət Xidmətinin 2019-cu ilin oktyabr ayı üzrə hesabatı
 
 
 
Keçidlər