Binəqədi rayonunda aztəminatlı gənclər üçün “Peşə təhsilinə dəstək olaq” adlı təlimlər keçirildi
08 noyabr 2019 | 11:00
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının və Binəqədi Gənclər Evinin təşkilati dəstəyi ilə Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi “Peşə təhsilinə dəstək olaq” aztəminatlı gənclər üçün peşə təlimlərinin təşkili və saytın yaradılması layihəsi çərçivəsində 5, 6 və 7 noyabr 2019-cu il tarixlərində Binəqədi "Gənclər Evində" təlimlər təşkil edib.
Layihənin başlıca məqsədi gənclərə peşə yönümlü sənət öyrətməklə maarifləndirici sosial dəstək vermək, onların gələcək karyerası üçün bacarıq və vərdişlərinin formalaşmasına, sənətə yiyələnməsinə yardımçı olmaq, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi üçün kadrların hazırlanması işinə töhvə verməkdir.
Binəqədi Gənclər evində keçirilən təlimlərdə 3 gün ərzində ümumilikdə, 90 nəfər gənc iştirak etdi.
Tədbiri açıq elan edən İctimai Birliyin sədri Seidova Xoşbəxt iştirakçılara İctimai Birlik haqqında məlumat verdi. Sonra isə sözü qonaqlara verdi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Eldar Məmmədov, Bakı şəhəri Məşğulluq İdarəsinin Peşə hazırlığı və sosial sektorunun baş məsləhətçisi Aysel Ağayeva iştirak etdilər. Qonaqlar məşgulluq, dövlət proqramları və gənclər siyasəti haqqında ətraflı məruzələr edib, gəncləri məlumatlandırdılar.
Tədbirin 2-ci hissəsini tanınmış təlimçi Asəf Kərimov davam etdirdi. Gənc nəslin nümayəndələri bərbərlik, dərzilik və kompüter dizaynı peşələri haqqında təlim zamanı geniş məlumat əldə etdilər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.