“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl- Şəmkir istiqamətinə yola düşəcək Binəqədi məktəbliləri ilə görüş keçirildi
12 noyabr 2019 | 11:00
12 noyabr tarixində rayon ictimaiyyəti ilə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl- Şəmkir istiqamətinə yola düşəcək Binəqədi məktəblilərinin görüşü keçirilib.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatın şöbə müdirləri, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyuldu. Çıxış edən 179 nömrəli tam orta məktəbin şagirdi Əzəmət Verdiyeva, 246 nömrəli tam orta məktəbin şagirdi Əlihəsən Həsənova, 267 nömrəli tam orta məktəbin şagirdi Nicat Qasımzadə, 297 nömrəli tam orta məktəbin şagirdi Əntiqə Niftəliyeva, Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısı Fidan Kərimovanın valideyini Aygün Kərimova tur-aksiyanın şagirdlərin həyatında tutacağı yerdən bəhs edib, bu fürsəti yaratdığı üçün ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürünü bildiriblər.
Çıxış edən Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərov son zamanlar ölkədə gedən inkişafın ölkə başçısı İlham Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu bildirdi. Natiq Ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı dövlətimizin əmin əllərdə olduğunu qeyd etdi.
Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevə verildi. Natiq keçirilən tur-aksiyaların önəm və mahiyyəti olduqca böyük olduğunu bildirdi. E.Allahverdiyev bu gün ölkəsinin tarixinə, mənəvi irsinə, dərindən bələd olan savadlı gəncləri müxtəlif yüksək vəzifələrə təyin edildiyini, bunun da ölkə başçısının gənclərə necə böyük ümidlər bəslədiyini aydın şəkildə ifadə etdiyini bildirdi.