Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə qəsəbəsində səyyar görüş keçirildi

12 oktyabr 2013 | 10:00

2013-cü il  oktyabrın 11-də M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov 9 ünvanında yerləşən xeyir-şər evində  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 143 nəfər Rəsulzadə qəsəbə sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq 9 oktyabr 2013-cü ildə Respublikada keçirilən Prezident seçkilərində xalqın böyük etimadı ilə cənab Prezidentin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə sakinləri təbrik etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.
Qəsəbə sakinlərindən  Sədaqət Məmmədov, Elbrus Verdiyev, Xəyyam  Hüseynov, Qəmbər Rəhimov, Yasin Abuzərov, Gülgəz Əsgərova  və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər