Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi

12 noyabr 2019 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 7 noyabr 2019-cu il tarixində 135 №-li tam orta məktəbin akt zalında 12 noyabr - Konstitusiya günü münasibətilə “Dövlət və hüquq gənclərin gözü ilə” mövzusunda mühazirə təşkil edildi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Miraqil Seyidzadə, 135 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Zeynalova, 135 №-li tam orta məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Şəfiqə Zeynalova tədbir iştirakçılarını salamlayaraq, qonaqları təqdim etdi. Sonra çıxış edən natiqlər - Namiq Tarverdiyev və Şəmsi Gülverdiyev məktəbliləri Konstitusiya günü münasibətilə təbrik edərək, bu günün tarixi əhəmiyyəti barədə onlara məlumat verdilər.
Sonra ekspert, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Miraqil Seyidzadə mövzu ətrafında geniş məruzə edərək, Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış insan və vətəndaş hüquqları və azadlıqları, vətəndaşların vəzifələri haqqında şagirdlərə məlumat verdi.
Tədbirin gedişatında məktəblilərin sualları cavablandırıldı.
 

Keçidlər