Binəqədi rayonunda “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirildi
13 noyabr 2019 | 11:00
13 noyabr 2019-cu il tarixində Binəqədi rayonu Şuşa Dövlət Musiqili Dram Teatrında “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq idi.
Rəsmi açılışda dövlət qurumlarının nümayəndələri, diplomatlar, yeniyetmə və gənclər iştirak etdilər. Tədbirə 3 xarici ölkədən (Türkiyə, Macarıstan və Moldova) 18 gənc qatıldı.
Tədbiri giriş sözü ilə Mərkəzin baş katibi Gülnar Xəlilova açaraq, Festivalın əhəmiyyəti barədə danışdı, yaradıcı gənclərin böyük marağına səbəb olduğunu vurğuladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə yaradıcı gənclərə dövlət qayğısı, onların öz bacarıqlarını nümayiş etdirmək üçün yaradılan imkanlar barədə fikirlərini bölüşdü. O, ümummilli lider Heydər Əliyevin hər zaman yaradıcı gənclərin irəli çəkilməsinə və inkişafına böyük önəm verdiyini, həmin ənənənin bu gün də cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etdi.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək, Festivalın təkcə Bakı şəhərində deyil, ölkəmizin digər regionlarında da keçirildiyini bildirdi. O, Festival üçün bir neçə ay bundan öncə, Bakı şəhərində yaradıcılıq dərnəyinin qurulduğunu, iştirakçı olmaq istəyənlər bu dərnəkdə bütün hazırlıq işlərini həyata keçirdiklərini, gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materialların yerləşdirildiyini və təlimləri keçirildiyini vurğuladı.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ozoral “Xarı Bülbül” festivalının böyük maraqla qarşılandığını, gənclərin yaradıcılığının inkişafına hərtərəfli dəstək verildiyini yüksək qiymətləndirdi. Qonaq Türkiyə və Azərbaycan arasında mədəni dostluq əlaqələrinə toxuund, səmimi dəvətə görə təşkilatçılara təşəkkür etdi.
Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutan festivalda yaradıcı gənclərin ifalarında musiqilər səsləndirildi, milli rəqslər nümayiş etdirildi, şeirlər söylənildi, tamaşalar göstərildi. Festival çərçivəsində yaradıcı gənclərin əl işləri, rəsm əsərlərinə də baxış keçirildi.
Gənclər üçün Təhsil Mərkəzi tərəfindən “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.