Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda «Qida sahəsində istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görüş» keçirilmişdir

16 noyabr 2019 | 11:00

    15 noyabr 2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə Regional Bölməsi ilə birlikdə qida sahəsində istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Binəqədi Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə Binəqədi sakinləri də iştirak etmişdirlər.

    Binəqədi RİH başısının müavini Vüsar İsmayılov giriş nitqində qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində Binəqədi rayonu ərazisində görülmüş işlər və bundan sonrakı birgə fəaliyyətin istiqamətləri barədə çıxış etmişdir.

    Daha sonra Azərbaycan Respublikasının Qida Təhllükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə Regional Bölməsinin rəisi Zaur Kərimov qanunsuz heyvan kəsiminin fəsadları, qida təhlükəsizliyi istiqamətində görülən işlər, qanunsuzluq hallarının qarşısının alınması işində ictimai nəzarətin rolu barədə çıxış etmişdir.

  Sonda rayon sakinləri ilə birlikdə qida sahəsində istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müzakirə aparılmışdır.

Keçidlər